Ukrayna İl-76 qəzası ilə bağlı hərəkətə keçdi

Ukrayna İl-76 qəzası ilə bağlı hərəkətə keçdi

Ukrayna İl-76 qəzası ilə bağlı beynəlxalq araşdırma tələb edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Belqorod vilayətində göyərtəsində ukraynalı hərbi əsirlərin olduğu İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib.

Zelenski bildirib ki, ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərlərinə çağırış edib və Ukraynanın xarici işlər nazirinə Ukraynadakı mövcud məlumatlar barədə tərəfdaşlarını məlumatlandırmağı tapşırıb:

“Bütün faktları aydın şəkildə ortaya qoymaq lazımdır. Nəzərə alaq ki, təyyarə qəzası Rusiya ərazisində, bizim nəzarətimizdən kənarda baş verib”.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələrinin zenit-raket kompleksindən vurulduğunu iddia edib.

Teqlər: