Ukrayna iki vilayətdə hücuma keçdi: ağır döyüşlər gedir

Ukrayna iki vilayətdə hücuma keçdi: ağır döyüşlər gedir

Ukraynaya məxsus zirehli texnikaların Kursk vilayətinin Belovsk rayonunun Belitsa kəndi istiqamətində irəlilədiyini əks etdirən görüntü yayılıb.

AzerTimes xəbər verir ki, eyni zamanda Ukraynanın diversiya-kəşfiyyat qrupunun Kursk vilayətinin Ukrayna ilə sərhədinə yaxın Giri kəndinə hücum etdiyi bildirilib.

Ukraynalılar azı dörd tankdan istifadə edərək Belqorodun Kolotilovka rayonunda Rusiya ərazisini işğal etməyə çalışır.

Rusiya mətbuatının yazdığına görə, hazırda orada döyüş gedir. Belqorod qubernatoru Vyaçeslav Qladkov Krasnoyaruzsk rayonunda, Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov isə Belovsk rayonunda əhalinin təxliyə edildiyini açıqlayıb.

“Bizdə həyəcanlı səhər: Krasnoyaruzsk vilayətinin sərhədində düşmən fəallığı var. Əminəm ki, ordumuz yaranan təhlükəni aradan qaldırmaq üçün hər şey edəcək”, – Qlodkov qeyd edib.

Teqlər: