Ukrayna ordusu Azov dənizi üzərində iki rus təyyarəsini vurub.
AzerTimes xəbər verir ki, bu barədə “Xalqın Xidmətçisi” Partiyasının deputatı Aleksandr Fediyenko məlumat yayıb.
Deputat təyyarələrin A-50 radiokəşfiyyat təyyarəsi və İl-22 bombardmançısı olduğunu iddia edib. Onlardan birincisi vurulub, ikincisi isə Kerç bölgəsinə tərəf enməyə başladıqdan sonra radarlardan itib.
İddia rəsmi olaraq hələ təsdiqlənməyib.