Krasnodar diyarındakı İlski NEZ-ə PUA hücumu nəticəsində AT-1 qurğusu zədələnib.
AzerTimes xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Slavyansk-Kubanda yerləşən “Slavyansk ECO” MMC-nin neft emalı zavoduna PUA-nın hücumu nəticəsində yerli administrasiyanın əvvəlcədən təsdiq etdiyi kimi distillə kolonu zədələnib.
Kuşçevskaya kəndindəki hərbi aerodroma PUA-nın hücumu nəticəsində təyyarələrə ziyan dəyib.
Qeyd edək ki, bu gün Ukrayna Krasnodar diyarı və Krım yarımadası istiqamətinə 68 pilotsuz təyyarə ilə hücum etmişdi.