Ukrayna hücumu: Rusiya Belqorodun təxliyəsinə hazırlaşır

Ukrayna hücumu: Rusiya Belqorodun təxliyəsinə hazırlaşır

Ukrayna ordusunun atəşi səbəbindən Belqorodu tərk etmək istəyənlər təhlükəsiz yerlərə aparılacaq.

AzerTimes xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.

Onun sözlərinə görə, şəhərdə vəziyyət ağır olaraq qalır.

Qubernator deyib ki, şəhər sakinləri ilə görüş keçirib, onlar öz canları və malları ilə bağlı qorxularını bildiriblər:

“Artıq bir neçə ailə köçürülüb. Mənimlə əlaqə saxlamalısınız, getməyə hazır olduğunuzu bildirməlisiniz”.

Qladkov bildirib ki, hökumət şəhər sakinlərini Starıy Oskol və ya Qubkinə köçürməyə hazırdır.

Teqlər: