Rusiyanın Xerson bölgəsini müdafiə etmək üçün kadr çatışmazlığı var. Rusiya səfərbər edilmiş ehtiyat qüvvələri bura yerləşdirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Cənuba doğru hərəkət edən Ukrayna bölmələri, ilk növbədə, İnqulets çayının şərq sahili və Dnepr çayının qərb sahili boyunca cəbhə xəttində daha 20 kilometr irəliləyib. Rusiya komandanlığı, çox güman ki, Nova Kaxovka sektorunda artan təhlükəni ən aktual problemlərdən biri kimi nəzərdən keçirəcək. Rusiya dilemma qarşısındadır: ya döyüş qüvvələrini Dneprdən çıxarıb Xerson bölgəsinin müdafiəsinə cəlb etməli, ya da özünü müdafiə etmək üçün Dneprdə qalmalıdır. Eyni zamanda, onlar Xersonun müdafiəsinə hava-desant qoşunlarının əksəriyyətini cəlb ediblər”, – məlumatda deyilir.