Ukrayna müttəfiqlərin təlimi və silahları sayəsində əks-hücuma hazırdır, lakin müharibə hələ çox uzundur.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
Onun sözlərinə görə, hücum əməliyyatları artıq güclənib:
“Bizim qiymətləndirmələrimizə görə, ukraynalı hərbçilər hər şeyə yaxşı hazırlaşıblar”.
Milli bildirib ki, bütün müharibələrdə sükut və aktiv günlər olur:
“Müharibə kompromisdir. Xeyli müddət ərzində irəli-geri döyüş olacaq”.