Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan qorxur və silah-sursat çatışmazlığından şikayətlənir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
“Rusların sözlərinə görə, onlarda az miqdarda sursat qalıb və yalnız ekstremal hallarda istifadə edirlər. Bundan əlavə, son vaxtlar Ukrayna Silahlı Qüvvələri tərəfindən zərbələrin intensivliyi artıb”, – məlumatda qeyd edilib.