Ukrayna hərbçilərin Rusiya ərazisinə daxil olması barədə məlumatı təkzib edib

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya tərəfinin ukraynalı
hərbçilərin Rusiya ərazisinə daxil olması ilə bağlı yaydığı
məlumatı təkzib edib.

Trend-in
məlumatına görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat
xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Rusiya tərəfinin açıqladığı məlumatlar təxribat
xarakteri daşıyır. Hər hansı bir insidentlə əlaqədar Rusiya
tərəfindən heç bir qeyri-adi vəziyyət barədə məlumat daxil
olmayıb.


Xatırladaq ki, Rusiya Müdafiə Naziriyinin Cənub Hərbi Dairəsinin
mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, fevralın 21-də
səhər saatlarında Ukrayna ərazisindən daxil olan qrupla sərhədçilər
arasında atışma baş verib. Nəticədə qruplaşmanın üzvləri
zərərsizləşdirib. İki piyada döyüş maşını (PDM) isə Rusiya ordusu
tərəfindən məhv edilib.

(Tərcümə: Orxan Nəbiyev)