Ukrayna hərbçiləri Rusiyaya daxil oldu – FTX

Ukrayna hərbçiləri Rusiyaya daxil oldu – FTX

Rusiyanın Bryansk vilayətinə daxil olmağa cəhd edən Ukrayna döyüşçüləri geri sıxışdırılıb və onlara artilleriya zərbələri endirilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Klimovski rayonu istiqamətində geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, bundan öncə mediada Ukrayna hərbçilərinin Rusiya ərazisinə daxil olduğu, 100-dən çox insanı girov götürdüyü barədə məlumatlar yayılmışdı.

Teqlər: