Ukrayna hərbçiləri bəzən döyüşçü və sursat çatışmazlığı səbəbindən mövqelərini tərk etməli olurlar.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” qəzeti ukraynalı zabitə istinadən məlumat yayıb.
“Bəzən mövqeyi tərk etmək şəxsi heyəti mənasız ölümdən xilas etməyin yeganə yoludur”, – mənbə bildirib.
Həmsöhbət orduda nizam-intizamla bağlı problemlərin olduğunu diqqətə çatdırıb.