Ukrayna hərbçiləri Kurskda mövqelərini tərk edir – Aptı

Ukrayna hərbçiləri Kurskda mövqelərini tərk edir – Aptı

Ukrayna ordusunun bölmələri Kursk vilayətində ağır itkilər fonunda çaşqınlıq içindədir və hər yerdə mövqelərini icazəsiz tərk edirlər.

AzerTimes xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov deyib.

“Düşmən uzun müddət irəliləməyə çalışdı. Amma indi ərazinin çox hissəsində o, sağ qalmağa çalışır, çünki həqiqətən çox ağır itkilər verdi. Ukrayna ordusu çaşqınlıq içindədir, çünki biz qeydə alırıq ki, ukraynalı döyüşçü qrupları əmrləri yerinə yetirməkdən imtina edir, döyüş mövqelərini icazəsiz tərk edirlər”, – Alaudinov bildirib.

Teqlər: