Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna ordusu 10 minə yaxın hərbçi itirib, 30 minə yaxını isə yaralanıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Eyni zamanda, Arestoviç qeyd edib ki, yaralanan hərbçilərin təxminən 96-98 faizi yenidən orduya qaytarılır.