Xəbər - Elçin Mehdiyev – Trend:
Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölklələrin ərazi
bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik.
Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat
konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi
ilə əlaqə saxlayan ölkədir. “Bu münasibətlərdən istifadə edərək
savaşın dayandırıması üçün səylərimizi davam etdiririk”, – deyə
nazir bildirib.