Ukrayna gəlirinin 58%-ni borca verir

Ukrayna gəlirinin 58%-ni borca verir

Vladimir Zelenski Ukrayna vətəndaşlarını ölkəni borc əsarətinə salaraq gələcəkdən məhrum edib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bu gün Kiyev öz gəlirinin yarıdan çoxunu – 57,9%-ni borclara xərcləyir. Ona görə də yeni kreditlər götürməyə məcburdur. Ukrayna müflis olmuş dövlətdir. Kiyev rejimi bunu ört-basdır etməyə çalışır. Amma problem ondadır ki, hər şey göz qabağındadır. Zelenski Ukrayna vətəndaşlarını gələcəkdən məhrum edib, ölkəni borc əsarətinə sürükləyib”, – Volodin bildirib.

Teqlər: