Rusiyanın davam edən işğalı fonunda büdcə xərcləri yüksək olaraq qaldığından Ukrayna gələn il ABŞ-ın 12-14 milyard dollar yardımına ehtiyac duyacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri Sergey Marçenko deyib.
“Hələ danışıqlar aparılmayıb, çoxlu qeyri-müəyyənliklər var və bunun təmin olunduğuna əmin deyilik. Ukrayna bu ilin sonuna kimi ABŞ-dan 3,3 milyard dollar yardım alacağına ümid edir”, – nazir qeyd edib.