Nyu-Dehlidə keçiriləcək Böyük İyirmilik (G20) sammitinə dəvət edilən ölkələr arasında Ukrayna yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Arindam Baqçi deyib.
O bildirib ki, sammitə hələ müəyyən qədər vaxt var:
“İştirak edəcək ölkələr, həmçinin dəvət edilənləri elan etmişik. Ukraynanın olduğunu düşünmürəm”.