Pentaqon Ukraynanın ona təhvil verdiyi ilk Amerika F-16 qırıcısını itirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu məsələ ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlamağınızı xahiş edirik”, — Amerika hərbi idarəsinin nümayəndəsi bildirib.
Qeyd edək ki, “Voll Strit Jurnal” Ukraynanın ona verilən F-16 qırıcılarından birini itirdiyi barədə məlumat yaymışdı.