Niderland Ukraynaya Rusiyadakı hərbi hədəflərə hücumlar da daxil olmaqla, F-16 qırıcılarından istifadə etməyə icazə verir.
AzerTimes xəbər verir ki, bunu Niderland müdafiə naziri Ruben Brekelmans deyib.
“F-16-ların ilk partiyasını Ukraynaya çatdırdıq. İndi onlar Ukraynanın hava məkanındadırlar və biz həmişə demişik ki, Ukrayna beynəlxalq hüquqa əməl etməlidir, lakin beynəlxalq hüquqda heç bir məsafə məhdudiyyəti yoxdur”, – Brekelmans bildirib.