Ukrayna F-16 qırıcılarından istifadəyə 2024-cü ilin yazında başlaya bilər. Təlim və infrastrukturun hazırlanması vaxtı nəzərə alınmalıdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
Onun sözlərinə görə, təyyarələrin Ukraynada istifadəsi üçün mütləq infrastruktur hazırlanmalıdır:
“Bu da minimum 6 ay, ola bilsin, daha çox çəkə bilər”.
Reznikov bildirib ki, F-16-ların cəbhədə görünməsi müharibədə oyun qaydalarını dəyişəcək:
“Biz Rusiyanın havadakı üstünlüyünə son qoymalıyıq. F-16-lar hava hücumundan müdafiə sistemlərinin bir hissəsi olacaq. Hava məkanını, yəni şəhərlərimizi qorumaq üçün səmada öz imkanlarımızı gücləndirə bilərik. Bizim üçün bu, çox böyük bir irəliləyiş olardı”.