Ukrayna etiraf etdi: Onu Moskvada biz öldürdük!

Ukrayna etiraf etdi: Onu Moskvada biz öldürdük!

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ali Radanın keçmiş üzvü İlya Kivanın ölümünə görə məsuliyyəti öz üzərinə götürüb.

AzerTimes xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov etiraf edib.

Yusov bildirib ki, Kiva kəşfiyyat idarəsinin xüsusi əməliyyatı zamanı öldürülüb.

O, belə aksiyaları davam etdirmək niyyətində olduqlarını da açıqlayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti Moskva vilayətində tapılıb.

Teqlər: