Ukraynanın döyüş sursatı yoxdur. Nəticə etibarı ilə onun əsgərləri lazım olan hədəfləri ən təsirli silahlarla belə vura bilmirlər.
AzerTimes xəbər verir ki, bu barədə “Business Insider” nəşrinə hazırda Ukraynada döyüşən ABŞ veteranı Conatan Poquette deyib.
O bildirib ki, sursat olmadığı üçün Ukrayna Silahlı Qüvvələri əvvəllər vura bildikləri hədəfləri HİMARS-dan vura bilmir.
Onun sözlərinə görə, onun bölməsinə HİMARS-dan yaxşı dəstək var, lakin raketlərin sayı azaldığı üçün onun effektivliyi azalıb.