Ermənistan ətrafında yaranmış çətinliklərin öhdəsindən gələcək, əsas odur ki, ermənilər harada olurlarsa olsunlar, öz ölkələrinə ürəkdən inansınlar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Ermənistanın NATO müdafiə alyansında iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandıran Podolyak bildirib ki, alyansın qapılarının açıq olacağına və hüquqi və logistik həll yollarını axtarmaq lazım olduğuna ümid edir:
“Ermənistan siyasətçiləri dialoq aparmalıdırlar. Ermənistan düzgün yoldadır. İrəvanın mövqeyində indi aydın şəkildə gördüyüm strategiya NATO ölkələri, Böyük Britaniya, ABŞ və tarixən yaxşı olan Fransa ilə intensiv dialoqdur”.