Bütün etirazlara və xəbərdarlıqlara rəğmən Fransa Ukraynada NATO hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Alyansının komandanlığına təklif yollayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” ABŞ-ın NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalderə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkhard NATO-dakı həmkarlarına Ukrayna ərazisində alyans qüvvələrinin yerləşdirilməsini təklif etsə də, rədd cavabı alıb.
İ.Daalderin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron belə sərsəm ideyanı səsləndirəndən bir neçə həftə əvvəl T.Burkhard NATO-da təşəbbüslə çıxış edibmiş.