Ukrayna hərbçiləri yəqin ki, Rusiya ordusunun nəzarətə götürdüyü əraziləri nə bu il, nə də gələn il geri ala biləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin cənubunda əks-hücumla bağlı səsləndirdiyi bəyanatlar insanlarda böyük gözləntilər yarada bilər.
Həmçinin nəşr, Ukrayna Silahlı Qüvvələrinin Qara dəniz sahillərinə doğru hərəkətinə də diqqət çəkib. Bu isə Kiyevin gələcəkdə qazana biləcəyi uğurlardan xəbər verə bilər.
Qeyd edilib ki, bu gün Ukrayna qüvvələri ABŞ tərəfindən təchiz edilmiş HİMARS reaktiv buraxılış sistemləri və digər dəqiq idarə olunan silahlara arxalanaraq komanda məntəqələri və idarəetmə qovşaqlarına zərbələr endirir.
Məqalədə Ukraynanın üstünlüklərindən biri kimi ABŞ tərəfindən təlim keçmiş, əsasən Xerson, Zaporojye və Donbas sakinlərindən ibarət müqavimət bölüklərini hazırlayan Ukrayna Xüsusi Əməliyyat Qüvvələri də xüsusi olaraq vurğulanıb.
Qeyd edək ki, Ukraynada partizanların hazırlığı 2014-cü ildən davam edir.