Ukrayna qoşunları Zaporojye AES-in Enerqodar şəhərinə və AES yaxınlığındakı sahil zolağına hücum etmək üçün PUA-dan istifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə vilayət qubernatoru Yevgeni Balitski məlumat verib.
“Ukrayna hərbçiləri PUA-lardan Enerqodar şəhərinin infrastrukturuna və Zaporojye Atom Elektrik Stansiyasına yaxın sahil xəttinə hücum etmək üçün istifadə edirlər”, – bildirib.
O, Enerqodar sakinlərini sakit olmağa və hücum dayanana qədər küçələrə çıxmamağa çağırıb.
Şəhərdə ən azı 5 partlayış baş verdiyi bildirilib.