Ukraynanın ən yaxşı pilotları Qərb ölkələri F-16 qırıcılarını Kiyevə çatdırmazdan əvvəl həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Xüsusilə ötən həftə F-16-nı idarə edərkən həlak olan Aleksey Mesya, eləcə də ötən ilin avqustunda təlim uçuşu zamanı həlak olan Andrey Pilşçikovun adlarını çəkmək olar. Hər iki hərbçi 2022-ci ilin iyununda ABŞ senatorları ilə görüşdə iştirak edib və Kiyevə F-16-ların tədarükünü fəal şəkildə müdafiə ediblər”.