Ukraynanın əks-hücum əməliyyatının uğursuz olmasının səbəblərindən biri Rusiyanın kəşfiyyat PUA-ları olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba danışıb.
“Keçən yay həyata keçirdiyimiz əks-hücum əməliyyatlarında ən böyük problemlərdən biri bu oldu ki, hər iki tərəf – Ukrayna və Rusiya – kəşfiyyat PUA-larından geniş istifadə etdi, əsgərlər hərəkət edə bilmədilər, çünki meşədən və ya xəndəkdən çıxarkən kəşfiyyat PUA-ları tərəfindən dərhal aşkar edilir və vurulurdular”, – Kuleba vurğulayıb.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski əks-hücum əməliyyatının məlumat sızması səbəbindən uğursuz olduğu barədə açıqlama verib.