Ukrayna Silahlı Qüvvələri cəbhənin ən azı dörd sektorunda əks-hücum əməliyyatlarını davam etdirib və irəliləyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatı davam edir. Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində 9 kvadrat kilometr ərazini geri alıb və geolokasiya görüntüləri onların Baxmutdan cənub-qərbə doğru irəlilədiyini göstərir. Onlar Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə ediblər. Döyüşlərin geolokasiya görüntülərində Ukrayna qüvvələrinin Klişçiyevkanın qərbindəki meşə kənarına doğru da irəlilədiyi əks olunur. Ukrayna ordusu Klişçiyevka, Kurdyumovka və Ozaryanovka ərazilərində qurudan zərbələr endirib, burada “lxr”in 2-ci ordu korpusunun 4-cü briqadasının bölmələri onlara müqavimət göstərib. Svyato-Kremennoy xəttində və Kremennoyun cənubunda da döyüşlər gedir. Kremennoy ərazisində çeçen xüsusi təyinatlıları “Əhməd”in fəaliyyəti davam edir. Eyni zamanda, Kremennoy ərazisində 228-ci qvardiya motoatıcı alayının bölmələri (90-cı qvardiya tank diviziyası, Mərkəzi Hərbi Dairə), Beloqorovka ərazisində isə “lxr”in 2-ci Ordu Korpusunun 85-ci briqadası müqavimət göstərir”, – məlumatda bildirilib.