Ukrayna əks-hücuma tələsməməlidir, çünki onun bu il ikinci şansı olmayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Çexiya lideri Petr Pavel deyib.
“Görünür, onlarda (ukraynalılar – red.) hələ də belə bir hiss var ki, əməliyyatın uğurlu başlaması üçün hər şeyə malik deyillər. Bu əks-hücum uğursuzluğa düçar olsa, Ukrayna üçün son dərəcə əlverişsiz olacaq, çünki onların ən azı bu il başqa şansları olmayacaq,”, – deyə dövlət başçısı bildirib.