Ukrayna əks-hücum üçün Rusiya raketlərini vurmayacaq

Ukrayna əks-hücum üçün Rusiya raketlərini vurmayacaq

Raket çatışmazlığı fonunda Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmən mərmilərini vurmaq cəhdlərini dayandıra bilər.

AzerTimes xəbər verir ki, bunu Kral Müdafiə Araşdırma İnstitutunun britaniyalı analitiki Maykl Klark bildirib.

Klark qeyd edib ki, Ukrayna hərbçiləri əks-hücumdan əvvəl ehtiyatlarını qorumaq üçün raketlərin istifadəsində daha təmkinli olacaqlar.

O, həmçinin bildirib ki, Ukraynanın aldığı “Patriot”ların bir batareyası (altı raket və onların buraxılması üçün bir maşın) 1 milyard dollar dəyərindədir, ona görə də Ukrayna ordusu çətin ki, onu ucuz pilotsuz təyyarələrə və ya raketlərə xərcləmək istəsin.

Teqlər: