Ukrayna əhalisinin üçdə biri evlərini tərk edib – Şok hesabat

Ukrayna əhalisinin üçdə biri evlərini tərk edib – Şok hesabat

Rusiyanın genişmiqyaslı işğalının başlamasından keçən iki il ərzində 14 milyondan çox ukraynalı – ölkə əhalisinin demək olar ki, üçdə biri – evlərini tərk etmək məcburiyyətində qalıb. Onların 6,5 milyondan çoxu hazırda ölkədən kənarda qaçqın kimi yaşayır.

AzerTimes xəbr verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında deyilir.

BMqT qeyd edir ki, 2024-cü ildə 14,6 milyondan çox ukraynalı – Ukraynanın ümumi əhalisinin 40 faizi bu və ya digər formada humanitar yardıma, 2,2 milyon qaçqın isə qonşu ölkələrdə yardıma ehtiyac duyur.

“Təxminən 3,7 milyon insan Ukraynada məcburi köçkün vəziyyətindədir, demək olar ki, 6,5 milyonu isə dünya üzrə qaçqındır. Bu günə qədər 4,5 milyondan çox insan ya xaricdən, ya da ölkənin digər bölgəsindən evlərinə qayıdıb”, – təşkilatın məlumatında deyilir.

Teqlər: