Ukrayna əhalisi bu qədər azaldı – BMT

Ukrayna əhalisi bu qədər azaldı – BMT

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna əhalisi 10 milyon nəfər (əhalinin ümumi sayının 1/4-i) azalıb.

AzerTimes xəbər verir ki, bu barədə məlumat BMT-nin hesabatında əks olunub.

Bildirilib ki, bu, qaçqınların xaricə axını, doğum səviyyəsinin aşağı düşməsi və müharibədə ölüm halları ilə bağlıdır.

BMT-nin Şərqi Avropa üzrə Əhali Fondunun rəhbəri Florens Bauer bildirib ki, 2022-ci ilin fevralında baş verən işğal onsuz da çətin olan demoqrafik vəziyyəti daha da pisləşdirib:

“Doğum nisbəti kəskin şəkildə aşağı düşüb və indi hər qadına təxminən bir uşaq düşür ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir”.

Qeyd edilib ki, Ukrayna əhalisinin azalmasının ən böyük payı qaçqınların payına düşür – 6,7 milyon ukraynalı xaricdə, əsasən də Avropada yaşayır.

Teqlər: