Ukrayna Dünya Bankından 1,5 milyard dollar alacaq

Ukrayna Nazirlər Kabineti Beynəlxalq Yenidənqurma və İnkişaf
Bankının nümayəndələri ilə “Ukraynada davamlı dövlət idarəçiliyinin
təmin edilməsi üçün dövlət xərclərinə dəstək” layihəsinin
maliyyələşdirilməsinə dair Sazişin bağlanması ilə bağlı
danışıqlarda iştirak etmək üçün Ukraynadan nümayəndə heyətinin
formalaşdırılması barədə qərar qəbul edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna hökuməti portalı Maliyyə
Nazirliyinə istinadən bildirib.

“Aprel ayında Dünya Bankı Ukrayna hökumətinə Ukraynada dövlət
xidmətlərinin göstərilməsinə təcili dəstək vermək üçün yeni
investisiya layihəsinin hazırlanmasına başlamaq təklifi təqdim
edib. Bu layihə çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf
Bankı və Beynəlxalq İnkişaf Assosiasiyasının dəstəyi ilə Ukrayna
1,492 milyard ABŞ dolları məbləğində borc alacaq”, – deyə qeyd
olunub.

Vəsait həm milli, həm də regional səviyyədə dövlət orqanlarının
və büdcə təhsili müəssisələrinin işçilərinin əməyinin ödənilməsini
təmin etmək üçün dövlət büdcəsi xərclərinin ödənilməsinə
yönəldiləcək.