Ukrayna artıq dövlət kimi iflasa uğrayıb.
AzerTimes xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib.
“Məncə, Ukrayna dövlət kimi artıq ölüb. Onun şəhərlərinin və infrastrukturunun 40 faizi dağıdılıb. Onun bütün sənaye bazası, Ukraynada real qiyməti olan hər şey Rusiyanın bir hissəsi olub”, – Makqreqor deyib.
Makqreqor qeyd edib ki, il ərzində milyonlarla insan ölkəni tərk edib, əhalisi isə 38 milyondan təxminən 18-22 milyona düşüb.