Ukrayna ordusu Donetsk ərazisində yerləşən otellərdən birinə raket zərbələri endirib.
AzerTimes Ukrayna mediasına istinadən xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Zərbələr HİMARS raket komplekslərindən endirilib.
Məlumata görə, qondarma “Donetsk Xalq Respublikası”nın yaranmasının 10 illiyi münasibətilə avtoyürüş iştirakçılarının həmin otelin qarşısına toplaşıb. Otel binası ilə yanaşı, avtomobillər də raket zərbələrinə tuş gəlib.
Luqanskdakı neft bazalarından biri isə ATACMS raketləri ilə vurulub.
Hücum zamanı 4 nəfərin öldüyü bildirilir.