Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində əks-hücum əməliyyatına başlayıb.
AzerTimes TASS-a istinadən xəbər verir ki, Ukrayna ordusu vilayətin Qorlovka şəhərinə raket hücumları həyata keçiriblər.
Qeyd olunub ki, əraziyə 15 raketlə zərbələr endirilib.
Məlumatda raket hücumlarının nəticəsi barədə hələ ki, yeni informasiyanın olmadığı bildirilib.
Qeyd edək ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.