Ukrayna Donbasın işğaldan sonrakı həyatına hazırlaşır

Ukrayna Donbasın işğaldan sonrakı həyatına hazırlaşır

Baş nazirin müavini İrina Vereşçuk Luqansk və Donetsk vilayətlərinin rəhbərliyini bu bölgələrin işğaldan azad edildikdən sonra sabitləşməsi və reinteqrasiyası üçün təcili fəaliyyət planlarını müzakirə etmək üçün Dneprdə görüş keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Reinteqrasiya Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin regionların təhlükəsizliyi, dövlət orqanlarının işinin bərpası, humanitar və tibbi reaksiya, infrastruktunu bərpası, iqtisadiyyat, sosial müdafiə və digər istiqamətlərdə planlar işlənir.

“Donetsk və Luqansk vilayətləri Rusiyanın təcavüzündən ən çox zərər çəkən bölgələrdir. Ona görə də əsas vəzifələrdən biri kritik infrastrukturun bərpası olacaq. Burada beynəlxalq tərəfdaşlarımızın dəstəyi önəmli olacaq”, – Vereşçuk bildirib.

Teqlər: