Ukrayna diversiyası Rusiyaya belə girdi – Video

Ukrayna diversiyası Rusiyaya belə girdi – Video

Xəbər verdiyimiz kimi, Ukrayna ordusunun diversiya-kəşfiyyat qrupu Belqorod və Kursk vilayətlərinə hücum edib.

AzerTimes xəbər verir ki, Teleqram kanallarında diversiya qrupunun tanklarla hücuma keçməsinin görüntüləri yayılıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Sergey Yusov qruplaşmanın Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu və Sibir batalyonunun döyüşçülərindən ibarət olduğunu bildirib.

“Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu və Sibir batalyonunun döyüşçüləri Rusiya Federasiyasının vətəndaşlarından ibarət olduqları üçün müstəqil bölmələr kimi fəaliyyət göstərirlər. Axı onlar öz evlərindədir”, – Yusov qeyd edib.

Teqlər: