Ukrayna kəşfiyyat-diversiya qrupunun Kursk vilayətinin Koronevski rayonuna daxil olması barədə məlumatlar yalandır.
AzerTimes xəbər verir ki, bu barədə regional dövlət qurumu məlumat yayıb.
“Yeni dezinformasiya: Bu dəfə onlar Kursk əhalisinə FTX adından yazır. Panikaya qapılmayın, ayıq-sayıqlığı saxlayırıq”, – deyə bildirilib.
Qeyd edək ki, Rusiya FTX əməkdaşları adından region sakinlərinə Ukrayna kəşfiyyat-diversiya qrupunun ölkə sərhədini keçməsi barədə mesajlar göndərilmişdi.