Ukrayna diversantların axtarışına başladı

Ukrayna diversantların axtarışına başladı

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversantların axtarışı üçün əməliyyat elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Bu günlərdə küçələrin bəzi hissələri bağlana, sənəd yoxlanışı və avtomobillərə texniki baxış keçirilə bilər. Yoxlanış əməliyyatına Kəşfiyyat Xidmətinin hərbi komanda-nəzarət orqanları, eləcə də hərbi texnika cəlb olunacaq. Məqsəd kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi, mümkün təxribat qruplarının müəyyən edilməsi və saxlanılmasıdır”, – məlumatda deyilir.

Teqlər: