Ukrayna dirijoru Bakıda çıxış etdiyi üçün qovdu

Ukrayna dirijoru Bakıda çıxış etdiyi üçün qovdu

Odessa Opera və Balet Teatrının baş dirijoru Vyaçeslav Çernuxo-Voliç Azərbaycan Opera və Balet Teatrında çıxış etdiyi üçün işdən çıxarılıb.

AzerTimes xəbər verir ki, bu barədə Odessa Milli Operasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, Çernuxo-Voliç öz qərarını teatr rəhbərliyi ilə razılaşdırmayıb:

“Teatr rəhbərliyi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünün baş verdiyi bir vaxtda Milli Operanın baş dirijorunun bu cür hərəkətlərini qəbuledilməz hesab edir. Bunu dərk etməyən, aydın vətəndaş-vətənpərvərlik mövqeyi tutmayanlarla teatrımızın əmək münasibətlərini davam etdirməsi mümkün deyil”.

Qeyd edək ki, Belarus vətəndaşı olan Çernuxo-Voliç 2019-cu ildən Odessa Opera və Balet Teatrının baş direktorudur.

Teqlər: