Ukrayna DİN: 9400 mülki şəxs həlak oldu

Ukrayna DİN: 9400 mülki şəxs həlak oldu

Rusiya ordusunun atəşi nəticəsində indiyədək 9400-dən çox ukraynalı dinc sakin həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.

“Milli Polisin məlumatına görə, 9400-dən çox mülki şəxs həlak olub, 6800-ə yaxın insan yaralanıb. Onların arasında, təəssüf ki, uşaqlar da var – Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 461 uşaq ölüb”, – deyə Yenin bildirib.

Yeninin sözlərinə görə, Ukrayna qoşunlarının işğaldan azad etdiyi və düşmənin ən şiddətli atəşə tutduğu ərazilərdə polis yeni cinayətlər qeydə alır. Terror aktlarından mülki əhali əziyyət çəkir, ölənlərin sayı isə hər gün artır.

Qeyd edək ki, Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir.

Teqlər: