Ukrayna deputatı vətənə xəyanətdə ittiham edildi

Ukrayna deputatı vətənə xəyanətdə ittiham edildi

Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – həyat üçün” partiyasından olan Ali Radanın deputatına qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosunun materiallarına əsasən, Ukraynanın indiki xalq deputatı dövlətə xəyanətdə şübhəli bilinir. Bu deputat Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində olarkən könüllü olaraq təcavüzkarla əməkdaşlığa razılıq verib”, – məlumatda deyilir.

İddia olunur ki, deputat Rusiya qanunlarına əsasən onun nəzarətində olan müəssisələri yenidən qeydiyyatdan keçirib, Rusiya banklarının yerli filiallarında hesablar açıb, həmçinin maddi sərvətlərin istehsalını və onların Rusiya qoşunlarına verilməsini təşkil edib.

Deputatın adı qeyd olunmur.

Teqlər: