Ukraynanın “Sea Baby” dəniz dronları “Qrad” sistemləri ilə təchiz edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Bizim “Sea Baby” sadəcə dron deyil, daim təkmilləşdirilən çoxfunksiyalı platformadır. Və bu gün biz onların çoxsaylı buraxılış raket sistemi ilə təchiz olunduğunu təsdiq edə bilərik və bu, artıq güclü nəticəsini göstərir”, – Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarından biri deyib.
Bildirilib ki, ötən gecə “Sea Baby” Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birlikdə Kinburn burnunda rusların mövqelərinə dənizdən effektiv zərbələr endirib.
Məlumata görə, təkmilləşdirilən dronlar hələ qışda sınaqdan keçirilib.