

Ukraynnın Cənub Müdafiə Qüvvələri Rusiya hərbi texnikasının yerləşdiyi dəmir yolu lokomotivini vurub. Ruslar ciddi itkilər veriblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Teleqram kanalında məlumat yayılıb.
“Düşmənin itkiləri 13 tank və yüzdən çox zirehli və avtomobil texnikasından ibarətdir”, – məlumatda bildirilib.
Lokomotivin dəqiq harada və nə ilə vurulduğu barədə məlumat verilməyib.