Ukrayna sosial ödənişlər üçün Dünya Bankından 1,1 milyard dollar kredit ala bilər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
“Ukrayna tərəfdaşlarından pul cəlb etməkdə davam edir. Dünya Bankından 1,1 milyard dollara yaxın kredit alacağıq. Sosial ödənişlər, təhsil, tibb və digər prioritet ehtiyaclar üçün istifadə edəcəyik”, – Şmıqal bildirib.