Ukrayna dayanmır: Leninqrada da hücum etdi

Ukrayna dayanmır: Leninqrada da hücum etdi

Ukrayna ordusu PUA ilə Leninqrad vilayətinə də hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Leninqrad vilayətinin Tosnenski rayonunun Fornosovo kəndi ərazisində pilotsuz uçan aparatı məhv edib.

Qubernator qeyd edib ki, tələfat və dağıntı yoxdur.

Qeyd edək ki, son günlər Ukraynanın Rusiyanın müxtəlif vilayətlərinə kütləvi PUA hücumlarının sayı kəskin artıb. Yalnız son sutkada Novqorod, Morozovsk, Taqanroq, Kursk, Belqorod, Volqoqrad, Rostov və s. ərazilərə kütləvi hücumlar olub. Kurskda neft bazasında yanğın baş verib, digər ərazilərdə də itkilər və yaralananlar olub.

Teqlər: