Ukrayna ordusu ən yaxşı halda, qarşıdakı qışda hazırkı mövqelərini saxlaya bilər.
AzerTimes xəbər verir ki, bunu Fransa Hərbi Hava Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general Jan-Pol Palomeros deyib.
“Ukraynalıları dəhşətli qış gözləyir və biz kənarda qalmamalıyıq. Ən yaxşı halda indi sahib olduqları mövqeləri qoruya biləcəklər. Daha çox şeyə ümid etməməlisən, bu, özlüyündə bir möcüzə olacaq”,- o bildirib.
Palomeros qeyd edib ki, ağır itkilər fonunda Kiyevin qarşısında həm də silahlı qüvvələrin şəxsi heyətini artırmaq vəzifəsi durur:
“Yeni əsgər axtarışı getdikcə çətinləşir və ukraynalılar bu münaqişədən yorulublar. Buna görə də onların Qərbdən hərtərəfli dəstəyə ehtiyacı var”.
Palomerosun sözlərinə görə, hazırda Avropa Kiyevə yardım üçün kifayət qədər səy göstərmir.