Ukrayna ordusunun 35-ci əlahiddə dəniz piyadaları briqadasının döyüşçüləri Donetsk vilayətinin Storojevoye yaşayış məntəqəsini işğaldan azad ediblər.
AzerTimes xəbər verir ki, bu barədə briqadadan məlumat verilib.
Məlumata görə, Ukrayna ordusu hücum nəticəsində 50-yə yaxın rus hərbçisi məhv edib, daha 4 nəfəri isə əsir götürüblər.
Yaşayış məntəqəsinin azad edilməsini Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da təsdiqləyib.